Bu il Xaçmazda 9 uşaq evdə təhsilə cəlb olunub- VİDEO

13 2018 15:57

Bu il ölkə üzrə 165 min 780 şagird I sinfə gedəcək. Lakin heçdə onlardan hamısı yaşıdları kimi sağlam şəkildə məktəbdə təhsil ala bilmir. Bu il Xaçmazda 9 fiziki və əqli qüsurlu şagird I sinfdə təhsil almaq üçün müraciət edib.   

Xaçmaz sakini Elgün Baxışov 3 yaşından bəri leykoz xəstəliyindən əziyyət çəkir.  O, məktəb yaşına çatdığında valideynlərinin müraciəti ilə evdə təhsilə cəlb olunub.  Hazırda Xaçmazda 72 belə uşaq evdə,   25 uşaq isə onlar üçün nəzərdə tutulan xüsusi siniflərdə təhsil alır.

Bəzi xəstəliklər var ki, onun daşıyıcısı olan uşaqlar evdə təhsilə cəlb edilə bilməz. Onlar inteqrasiya tipli ixtisaslaşmış internat məktəblərinə yerləşdirilməlidir. Bəzən belə hallarda valideynlər etiraz edir və övladlarını təhsildən yayındırır.

İstər evdə, istər inkulisiv istərsə də internat tipli müəssisələrdə təhsil alan  fiziki və ya əqli qüsurlu uşaqlara  şəhadətnamə və ya attestat verilir. Bu da onların gələcəkdə cəmiyyətin digər fərdləri kimi  arzuladıqları peşənin sahibi olmalarına kömək edir.