Niyə məhz “Satıcı qız axtarılır?” - VİDEO

13 2018 16:08

Müşahidə apardığımız bir neçə saat ərzində "oğlan işçi axtarılır" kimi elana rast gəlmədik. Bir çox ticarət obyektlərində xanım işçi tələb olunur kimi elanlar var. Alıcılar da xanımların çalışdığı iaşə müəssisələrində xidmətin yüksək olduğunu deyirlər.

Psixoloqlarsa bunu xanımların daha ünsiyyətcil olması ilə əsaslandırır. Bu səbəbdən ticarət mərkəzlərində qadınlar bəylərdən fərqli olaraq daha çox satış həyata keçirirlər.

Məsələnin başqa tərəfi də var. Bəzi mağaza sahibləri satdıqları məhsullarla yox, satıcı qızın gözəlliyinə görə müştəri cəlb etmək istəyirlər. Buna görə də əksər sahibkarlar gənc, gözəl qız işçi axtarışındadır.