Tanınmış jurnalistlər Qubada “ASAN xidmət” könüllüləri ilə görüşüb- VİDEO

13 2018 16:25

Qubadakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ümummilli lider Heydər Əliyevin siyasi kursu, azərbaycançılıq və dövlətçilik ideologiyası təbliğ olunub. Görüş həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədi ilə  təşkil edilib. Görüşdə ARB Televiziyasının Xəbərlər Departamentinin redaktoru, Aynur Nəsirova və digər tanınmış jurnalistlər peşə fəaliyyətləri dövründə Ulu öndər Heydər Əliyevin səfərlərində və görüşlərində jurnalist kimi iştiraklarından söz açaraq, xoş xatirələrini bölüşüblər.

Tədbirdə Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyəti, əlamətdar tarixi hadisələr, dövlət quruculuğu, gənclərin dünyagörüşünün və sosial-ictimai fəallığının artırılması ilə bağlı faydalı məlumatlar verilib, müzakirələr aparılıb.

 ASAN Könüllüləri və Heydər Əliyev mərkəzləri tərəfindən təşkil olunan  sosial layihənin  Azərbaycanın regionlarında davamlı olaraq tədbir, təlim, kurs, seminar və digər görüşlərin keçirilməsi nəzərdə tutulub.