Siyəzəndə bir gecədə 100 hektar ərazi yandı

15 2018 09:52

Sentyabrın 14-də axşam saatlarında Siyəzən rayonunun Zarat kəndi ərazisində güclü yanğın hadisəsi baş verib. 

Dənizkənarı ərazidə kol-kos və quru otun yanması ilə başlayan yanğın sonradan geniş sahəyə yayılıb. Zarat kəndində bələdiyyəyə məxsus ərazidə 100 hektar sahədə kol-kos yanıb.

Yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli sakinlər cəlb olunub.

Yaxınlıqdakı meşə zolağı və tikililər yanğından mühafizə edilib.