Qusarda yeni məktəb binası istifadəyə verildi

17 2018 15:47

Qusarın Yuxarı Tahircal kəndinin şagirdləri yeni dərs ilinə müasir tələblərə cavab verən məktəb binasında başlayıb. Təhsil ocağı 40 şagird yerlikdir. Bina müasir tələblərə cavab verməklə 4 sinif otağı, akt zalı, kitabxana və digər otaqlardan ibarətdir.

Yuxarı Tahircal kəndində köhnə məktəb binası XX əsrin əvvəllərində istifadəyə verilib. 100 ildən çox yaşı olan təhsil ocağı yararsız vəziyyətdə olduğundan yenisi ilə əvəz olunub.

Hazırda Qusarın 3 kəndində müasir tələblərə cavab verən təhsil ocağı tikilir.