Qusarın intensiv alma bağlarında bol məhsul yetişdirilib - VİDEO

17 2018 16:07

Qusarın intensiv alma bağlarında almanın “Qala”, “Qolden”, “Jonagold”, “Qranny Smit” və Avropadan gətirilən 10-a yaxın növü becərilir. Bu sortlar ənənəvi alma növlərindən 2-3 dəfə daha çox məhsul verir. Belə ki, ənənəvi bağların hər hektarından 20-25 ton məhsul toplanılırsa, intensiv bağçılıqda bu göstərici 60-80 ton arasında dəyişir.

İntensiv meyvə bağlarında alma yığımına start verilib. Məhsulun toplanması və qablaşdırmada yeni texnologiya tətbiq olunur.

Yığılan məhsulun böyük hissəsi satış üçün Rusiya bazarlarına göndərilir.

Qusarda 3325 hektar alma bağı var ki, bunun 514 hektarı intensiv bağlardır. Ötən il  rayonda intensiv üsulla becərilən alma bağlarından 25 min 257 ton məhsul toplanıb.