İntihara səbəb olan oyunlar ölkədə məşhurluq qazanır - VİDEO

18 2018 13:51

“Mavi balina”, “Momo”, “Sakit ev”, “Məni 4:20-də oyat” - sadalananlar film adları deyil. Bunlar dünyada yüzlərlə insanın intiharına səbəb olan internet oyunlarıdır. Üzücü məqam isə sözügedən oyunların Azərbaycanda da istifadəçilərinin çoxalmasıdır. Ekpsertlər həyəcan təbili çalır: övladlarınızı bu oyunlardan uzaq tutun. Tükürpədici məqamlar var.

Əsasən gecə saatlarında oynanılan oyunlar yeniyetmə və gənclərin bir çox məlumatlarını oğurlayır və bir müddət sonra bu məlumatlar istifadəçinin əleyhinə istifadə olunur.

Bu oyunlar gecə saatlarında Skype və WhatsAppdan istifadəçi ilə əlaqə saxlayır. Qorxunc səslər və şiddət dolu görüntülər psixoloji problemlərə səbəb olur.

Ekspertlər sözügedən oyunları dünyada yeni terror növü kimi qəbul edir. Belə ki, MDB ölkələrində və Avropada aparılan araşdırmalar zamanı intihar edən bir çox yeniyetmənin ölümünə səbəb məhz bu oyunlar göstərilir.