Gübrələr sahələrə çatdırılacaq - VİDEO

18 2018 14:59

Sahələrdə gübrələmə prosesinin aparılmasına sayılı günlər qalır. Təsərrüfatçıların isə tək çətinliyi gübrələri əldə etmək üçün uzun məsafə qət etmələridir. Şimal regionun digər rayonlarında yaşayan təsərrüfatçıların güzəştlə aldığı gübrə yol xərcləri ilə ona pərakəndə satış qiymətinə başa gəlir. Artıq bu problemin həlli ilə bağlı işlərə start verilib. Belə ki, yaxın müddətdə gübrələr fermerlərin sahələrinə çatdırılacaq.