Xaçmazın bol sulu çaylarında selin qarşısının alınması üçün tədbirlər görülür - VİDEO

19 2018 15:22

Yaz və payız aylarında çaylarda suyun səviyyəsinin artması sel təhlükəsi mövzusunu gündəmə gətirir. Təbii fəlakətin yaratdığı fəsadlar Xaçmazın Hülövlü kənd sakinlərini narahat edir. Məsələ ilə bağlı Xaçmaz Suvarma Sistemləri İdarəsi tərəfindən Qaraçayın Hülövlü kəndindən keçən hissəsində sahil bərkitmə və məcratəmizləmə işləri aparılır. Bundan başqa mövsümi olaraq sululuğun çox olduğu Qudyalçay, Qusarçay və Vəlvələçayın yaşayış evlərinə yaxın ərazilərində qabaqlayıcı tədbirlər görülür.

Növbəti mərhələdə Qudyalçayın Mollabürhan kəndi ərazisindən keçən hissəsində bənd vurma işlərinə start veriləcək.