Quba-Xaçmaz avtomobil yolu təmir olunur - VİDEO

21 2018 15:50

Quba-Xaçmaz yolunun yenidən qurulması işləri sürətlə davam etdirilir. Artıq avtomobil yoluna ikinci qat asvalt döşənməsinə start verilib. Quba şəhərinin girəcəyindən başlayaraq Zərdabi qəsəbəsinə kimi olan ərazidə yol örtüyünün döşənməsi işləri tam olaraq bitib.

Yol əsasının eni 7 metr yarım təşkil edir. Çiyinlərlə birgə yolun ümumi eni 12 metrdir. Ümumilikdə avtomobil yoluna 2 qat asvalt örtüyü döşənir. 1-ci qatın qalınlığı 7-9 sm, ikinci qat isə 6 smdir. Təmir-bərpa işlərinə yaxın vaxtlarda yekun vurulacaq.