Siqaretin psixoloji və fiziki təsiri - VİDEO

22 2018 17:03

Azərbaycanda kişilərin təxminən 35 faizi siqaret çəkir. Mütəxəsislərin fikrincə passiv tütün çəkmə, yəni tütün tüstüsünün təsirinə məruz qalma aktiv siqaret çəkmə ilə müqayisədə daha təhlükəlidir. Çox zaman yeniyetmələrin ətrafında siqaret çəkilməsi onların sağlamlığına mənfi təsir göstərməklə yanaşı  bu vərdişə həvəs oyadır. Psixoloqlar bildirir ki, əksər hallarda yeniyetmələr dostlarının təsiri ilə tütün alüdəçisinə çevrilir.

Həkimlər bildirir ki, bir otaqda siqaret çəkilirsə, tüstü otaqda olan əşyalara çökür və uzun zaman öz təsirini saxlayır, görünməyən hissəciklər insan orqaniziminə bir başa təsir edir. Qapalı mühitdə siqaret çəkən şəxs həm də həmin tüstü ilə nəfəs alaraq ikiqat təsirə məruz qalır. Xüsusi ilə körpə uşaqlar olan yerdə siqaret çəkmək azyaşlıları fiziki və əqli inkişafdan saxlaya bilir.

Dünyada hər il 7 milyon insan tütün tüstüsünün təsirindən, onun yaratdığı xəstəliklər nəticəsində dünyasını dəyişir.