Almanın alış qiyməti bağbanları qane etmir- VİDEO

24 2018 16:34

Qubanın alma bağlarında məhsul bol, qiymət isə dəyərindən 50 faiz aşağıdır. Ötən il 50-60 qəpiyə satılan meyvənin bir kiloqramı indi 30-35 qəpikdir.

Yığılan məhsul əsasən yerli bazarlara çıxarılır. Yol xərci baha olduğundan Rusiya bazarlarına meyvə aparmaq sərfəli deyil. Fermerlər yeganə çıxış yolunu məhsulun soyuducu anbarlarda saxlanılmasında görür.  Mütəxəssislər də məhsulun dəyərindən 50 faiz aşağı satılmasını xarici amillərlə əlaqələndirir.Qubada 15 min 609 hektar alma bağı var. Ötən il meyvə bağlarından 120 min 757 ton məhsul yığılıb.