Şabranda torpaq sürüşməsi nəticəsində evləri dağılan sakinlər üçün torpaq sahəsi ayrılıb- VİDEO

25 2018 16:06

Ötən ilin fevral ayında Şabranın Qazbabalı kəndində 6 ev çökərək dağılıb. Onlarla evdə isə böyük çatlar əmələ gəlib. Qış fəslinin gəlməsi sakinləri daha da tərəddüdə salıb. Onlarla evdə çökmə təhlükəsi var. Evləri çökən 6 ailədən ikisi  2 ilə yaxındır ki, çadırda yaşayır.

Əmirxanlı kənd icra nümayəndəliyindən evləri dağılan sakinlər üçün artıq torpaq sahəsinin ayrıldığı bildirildi. Ərazinin sürüşmə zolağında olub-olmaması araşdırılır. Rəy verilərsə, mənzillərin tikintisinə başlanacaq.