Qusarda jurnalistlər üçün təlimlərə start verilib- VİDEO

25 2018 16:13

Gömrük İslahatları və Modernləşdirmə mövzusunda keçirilən təlimdə medianın gömrük işindəki rolu və mediaya verilən önəmdən danışılıb. Bildirilib ki, gömrük komitəsi dinamik inkişaf edən dövlət təşkilatıdır. İctimaiyyətin bu sahədə məlumatı hələ də azdır, və gömrük rüsumları, yığımları haqda düzgün məlumatları yoxdur. Bu sahədə düzgün maariflənmə işinin apaılması üçün media nümayındılərinə ehtiyac var. Çıxışlarda Kütləvi İnformasiya Vasitələri ilə qurulan işgüzar münasibətlərin gömrük işinin səmərəli şəkildə təşkilinə, mövcud problemlərin dərhal aradan qaldırılmasına xüsusi töhfə verdiyi diqqətə çatdırılıb.

Media nümayəndələri ilə təlimlər 5 gün davam edəcək.
Bu müddət ərzində terminlər, qurumun struktur və funksiyası haqqında məlumat veriləcək, gömrük-sərhəd keçid məntəqələrinə mediatur təşkil ediləcək.