Quba balı Yaponiyaya satılır- VİDEO

26 2018 16:11

Qubalı arıçıların əldə etdiyi bal Yaponiyaya göndərilir. 300-ə yaxın arı ailəsinin olduğu təsərrüfatın sahibi Əziz Ələkbərov il ərzində 1 tol balı müqavilə əsasında Yaponiyaya satır. Azərbaycan balının 1 kiloqramı yaponiyalı alıcılara  50-60 ABŞ dollarına təklif edilir. Arıçılar bildirir ki, yerli bal Yaponiyada daha çox təbabət sahəsində istifadə olunur.

Quba rayonunda 10 min arı ailəsi var. Bu il rayon arıçıları ümumilikdə 50 tona yaxın bal əldə edib.