Xaçmazda termal su sanatoriyalarının yaradılmasına ehtiyac var- VİDEO

27 2018 16:40

150-180  metr dərinlikdən təbii üsulla çıxan isti su müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Mineral tərkibli su oynaq, dəri və bir sıra digər xəstəliklərin müalicəsində rol oynayır. Termal suların çıxdığı bəzi yerlərdə sahibkarlar tərəfindən infrastruktur yaradılıb. Belə istirahət mərkəzilərdə dincələn turistlərin sayı da kifayət qədərdir.

Müalicəyə gələn turistlər arasında xarici ölkə vətəndaşları da az deyil. Turistlərə gün ərzində bir dəfə olmağla sudan istifadə etmək tövsiyyə olunur. Qiymətlər isə 3-5 manat arasında dəyişir.

Xaçmazla yanaşı Siyəzən rayonu ərazisində müalicəvi əhəmiyyətə malik Qalaltı kükürtlü-mineral su bulağı var. Bundan başqa Qubada yerləşən Cimi, Xaltan, Xaşı kəndlərinin isti suları da məşhurdur.