Xaçmazda regional seminar keçirilib- VİDEO

28 2018 16:26

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə Xaçmazda regional seminar həyata keçirilib. Əsas müzakirə mövzusu “Yerli dövlət-özəl-fərdi şəxslər arasında əməkdaşlığın Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının sürətləndirilməsinə verdiyi töhfə” olub. Çıxış edənlər dayanıqlı inkişafda dövlət-özəl-fərdi şəxslər arasında  əməkdaşlığın önəmindən danışıblar.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının  Azərbaycanda ərzaq, kənd təsərrüfatı, meşəçilik, balıqçılıq potensialların artırılmasına dəstək layihəsi çərçivəsində keçirilən seminar  Xaçmazla yanaşı digər bölgələri də əhatə edəcək.