Şimal regionundakı məktəblərdə psixoloq çatışmır- VİDEO

29 2018 14:35

Xaçmaz məktəblərinin 45 faizində məktəb psixoloqu yeri boşdur. Problemin əsas səbəbi bu ixtisas üzrə əməkhaqqlarının az olmasıdır. Bundan başqa regionda ixtisaslı kadr çatışmazlığı da var. Məktəblərdə çalışan psixoloqlar bildirir ki, onlara müraciət edənlərin əksəriyyəti yuxarı sinif şagirdləridir. Şagirdlərin əsas şikayətləri həmyaşıdlarının aqressiv davranışı, imtahan qabağı streslə bağlı olur.

Məktəblərdə psixoloq çatışmazlığı Xaçmazla yanaşı Şimal bölgəsinin digər rayonlarında da müşahidə olunur. Belə ki, Qusarda 65, Şabranda 20 , Siyəzəndə 7, Qubada 95 məktəbdə psixoloq yoxdur.