Xaçmazın xurma bağlarında xəstəlik yayılıb- VİDEO

01 Oktyabr 2018 16:22

Xaçmazlı təsərrüfatçılar xurma bağlarındakı mənzərədən narahatdır. Ağaclar bit və gənəyə yoluxub. Zərərvericilər ağaclara vurduğu zərər o qədər böyükdür ki,  əldə edilən meyvə satışa  yaramır.

Xaçmazın xurma bağlarına 7 il öncə də böyük ziyan dəyib. O zaman yığım zamanı vaxtsız yağan qar meyvəni elə ağacdaca məhv edib. Zərərvericilərin kütləvi hücumu ilə ilk dəfədir rastlaşan təsərrüfatçılar bu prosesi də təbii amillərlə əlaqələndirir.

Hazırda Xaçmazda 1168 hektar xurma bağı var. Ötən il bağlardan 7906 ton məhsul yığılıb.