Xaçmaz və Qusarda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub- VİDEO

01 Oktyabr 2018 17:34

Azərbaycanın prokurorluq orqanlarının yaradılmasının 100-cü ildönümü Xaçmazda qeyd olunub. Bu münasibətlə prokurorluq əməkdaşları, rayon icra hakimiyətinin nümayəndələri, idarə müəssiə rəhbərləri və rayon ictimaiyyəti Ümummilli lider, Heydər Əliyevin abidəsini ziyarət edib. Çıxış edənlər bildirib ki, Azərbaycanın ilk prokurorluq orqanı Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində fəaliyyətə başlayıb. Ötən illər ərzində Azərbaycan prokurorluq orqanları böyük nailiyyətlər əldə edib. Sonda rayon prokurorluğunun bir neçə əməkdaşı səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif edilib.

Azərbaycanın prokurorluq orqanlarının yaradılmasının 100 illik yubileyi Qusarda da qeyd edilib. Prokurorluq əməkdaşları, rayon icra hakimiyətinin nümayəndələri və rayon ictimaiyyəti ilə birgə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıb. Tədbirdə bildirilib ki, ötən 100 ildə ölkəmizin prokurorluq orqanları qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, hüquq qaydalarının qorunmasına xidmət edən orqana çevrilməklə zəngin inkişaf yolu keçib. Prokurorluq orqanlarının fəaliyyəti və strukturu son dərəcə təkmilləşdirilib, kadr potensialı gücləndirilib, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlıqlarının artırılması istiqamətində ciddi addımlar atılıb. Tədbirin sonunda səmərəli fəaliyyətinə görə bir qrup prokurorluq əməkdaşına Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman təqdim edilib.