Xidmət sektorunda ixtisaslı işçilərə ehtiyac var- Video

02 Oktyabr 2018 16:20

Şimal regionuna xarici turistlərin gəlməsi hotellərdə xüsusən xarici dil bilən əməkdaşlara, ofisiantlara ehtiyacı daha artırır. Həmin yerlərdə əməkhaqqları 1 ay ərzində 400-500 manat səviyyəsindədir. Buna baxmayaraq xidmət səviyyəsi hələ də aşağıdır.

Mütəxəssislər problemin həllini təhsildə görür. Qusarda fəaliyət göstərən peşə liseyi ixtisaslı kadrlar hazırlaya bilər. Amma sahibkarlar təhsil müəssisəsi ilə əməkdaşlıq etmir.

    Belə görünür sahibkarlar bazar qaydalarına uyğun olaraq, işçilərin özlərinin obyektlərə müraciət etməsini gözləyir. Deməli iş var, iş axtaranların bundan xəbəri yoxdur. Buna görə də 600 manatlıq işə ofisiant tapılmır.