Xaçmazda şlaqbaumsuz dəmiryolu keçidlərində təhlükə qalmaqdadır- VİDEO

03 Oktyabr 2018 15:19

Paytaxtda baş qəza dəmiryolu keçidlərindən mütəmadi istifadə edənləri ciddi narahat edib. Sakinlər önləyici tədbirlər görülməsə belə halların təkrarlanacağından narahatdır. 

Ekspertlər qorunmyayan dəmiryolu keçidlərində hərəkətin  müəyyən qaydalar əsasında tənzimləndiyini deyirlər. Bir çox sürücünün qaydalardan xəbərdar olmaması isə bədbəxt hadisələrə zəmin yaradır. Buna görə də standartlara uyğun şlagbaumların qurulması təklif olunur.

Nə qədər maliyyə tələb olunmasından asılı olmayaraq şlaqbaumların və nişanların qoyulması vacibdir. Əks təqdirdə sürüclərin diqqətsizliyi və xırda zərurətlərin təmin edilməməsi daha çox can alacaq.