Qusarda 42 min başdan çox heyvana peyvənd vurulacaq- VİDEO

03 Oktyabr 2018 16:08

Profilaktik tədbirlər çərçivəsində 22 min başa yaxın iribuynuzlu dabaq xəstəliyinə qarşı vaksinasiya olunub. Heyvanların peyvənd olunmasında təsərrüfat sahibləri maraqlıdır.

İribuynuzlu heyvanlarda brüselyoz xəstəliyinə qarşı seroloji müayinə də aparılır. Ötən müddət ərzində 9 minə yaxın iribuynuzludan qan nümunələri götürülüb. Heyvanlardan götürülən ilkin qan nümunələri rayon baytarlıq diaqnostik kabinetində müayinə edilir.

Ümumilikdə Qusarın heyvandarlıq təsərrüfatlarında 42 min 39 baş iribuynuzlu, 89 min 371 xırdabuynuzlu qeydiyyata alınıb. Dabaq xəstəliyinə qarşı peyvəndləmə işləri oktyabrın ortalarına kimi davam edəcək.