Şimal regionunda emal müəssisələrinin yaradılmasına ehtiyac var- VİDEO

04 Oktyabr 2018 15:04

Quba və Xaçmazda cəmi 2 böyük emal zavodu fəaliyyət göstərir. Hər iki müəssisə bir ton almanı ən yaxşı halda 45 manata alır. Bu da hər kiloqram üçün 4.5 qəpik deməkdir. Ekspertlər isə məhsulun ucuz alınmasının səbəbini zavodların almadan hazırladığı qidalar üçün satış bazarının zəif olmasında görür. Təsərrüfatçılar aidiyyatı qurumlardan məsələ ilə bağlı tədbir görmələrini istəyir. Belə davam edərsə növbəti il bazarlarda Quba alması brendi tapılmayacaq.