Xaçmazda könüllülər tərəfindən yaradılan sığınacaqda 100-dən çox küçə iti saxlanılır- VİDEO

04 Oktyabr 2018 15:24

Oslo və Mila. Onların hər ikisi insan qəddarlığının qurbanı olub və yerimə qabliyyətini həmişəlik itirib. Heyvansevərlər bildirir ki, öz hekayəsi ilə ürək ağrıdan , şiddətə məruz qalan yüzlərlə küçə it var.  Təəssüf ki, hazırda  dünyanın hər yerində heyvanlara qarşı aqressiv münasibət müşahidə olunur.  4 oktyabr onların səsini bütün dünyaya çatdırmaq məqsədi ilə Heyvanların Beynəlxaq Müdafiəsi Günü kimi qeyd olunur.

2 ildir ki, fəaliyyət göstərən sığınacaqda hazırda 100-dən çox it saxlanılır. Könüllülər hər kəsi heyvanları qorumağa, onlara xoş münasibət göstərməyə çağırır.