Gecikən radar məktublarına görə kim məsuliyyət daşıyır?- VİDEO

05 Oktyabr 2018 15:50

Bəzən sürücüyə cərimələndiyi haqda məlumat bir ay və daha uzun müddət sonra gəlir. Belə olduğu təqdirdə 30 manatlıq cərimə edən sükan sahibi bəzən 60 manat ödəmək məcburiyyətində qalır.

Xaçmaz sakini  Şıxəli Hacıbəzidov  radara düşdüyünü 3 ay sonra öyrənib. Bildiriş gec gəldiyindən o, cərimə ilə yanaşı dəbbə pulunu da ödəmək məcburiyyətində qalıb. 
Ekspertlərin belə vəziyyətə düşməmək üçün sürücülərə SMS Radar xidmətinə qoşulmağı tövsiyyə edir. Mütəxəssislər deyir ki, bu halda  sürücü məhkəməyə müraciət edərək hüququnu tələb edə bilər.