Ailəsindən 200 km uzaqda dərs deyən müəllim- VİDEO

05 Oktyabr 2018 16:08

Sumqayt sakini Səbinə Qurbanlı Azərbaycan Dillər Universitetini ingilis dili müəllimi ixtisası üzrə bitirib. 24 yaşlı gənc  müəllim mərkəzdən 23 km uzaqda yerləşən Qubanın ucqar kəndi Kürkündə yeni dərs ilindən pedaqoji fəaliyyətə başlayıb.  Yusif Əliyev adına  Kürkün kənd ümumi orta məktəbində hazırda cəmi 30  şagird təhsil alır.  İngilis dili fənnini tədris edən Səbinə Qurbanlı qısa zamanda şagirdlərin sevgisini qazanmağı bacarıb.

Səbinə Qurbanlı bildirir ki, dərsləri əyləncəli oyunlar, musiqi və yeni metodlar əsasında  öyrətməyə çalışır. Həmçinin şagirdlərinə bilik öyrətməklə yanaşı onların dünya görüşünün formalaşması üçün də çalışdığını deyir.

5 oktyabr 1994-cü ildən “Beynəlxalq müəllimlər günü” kimi qeyd olunur. Yaşından, çalışdığı məkandan və tədris etdiyi fənnən aslı olmayaraq gənc nəslin və bütövlükdə cəmiyyətin formalaşmasına xidmət edən  bütün müəllimləri özəl gün münasibəti ilə təbrik edirik.