Xaçmazda 400-dən çox sakinin yaşadığı kəndə qaz veriləcək- VİDEO

06 Oktyabr 2018 13:51

Xaçmazın Hacıəlibəy kəndində daha öncə qaz xətləri olub. Lakin müəyyən səbəblərdən kəndin tam qazlaşdırılması başa çatdırılmayıb. Təbii qazın olmaması sakinlərlə yanaşı 400-dən yuxarı şagirdin təhsil aldığı məktəb qızdırılmasında da problemlər yaradıb.

Yaşayış məntəqəsinin qazlaşdırılması işləri çərçivəsində 8 min metr polad boru ilə qaz xətləri çəkilib. İşlər yekunlaşdıqdan sonra kənddə 400-dən çox abonent mavi yanacaqla təmin olunacaq. Xaçmaz rayonunda 151 yaşayış məntəqəsindən 111-nin qazlaşdırılması yekunlaşıb.