Xaçmazda səmti müəyyən etmə idman növü üzrə ölkə çempionatına start verilib- VİDEO

06 Oktyabr 2018 15:09

Turnir Gənclər və İdman Nazirliyi və Səmti Müəyyən Etmə İdman Federasiyası tərəfindən təşkil olunub. Müxtəlif yaş qrupunda olan iştirakçılar iki gün ərzində fərdi və komanda şəklində mübarizə aparacaq. Xaçmaz rayonunda keçirilən yarışa 200-dək idmançı qatılıb. Çempionatda yarış iştirakçıları 5 kateqoriyada orta və uzun məsafədə mübarizə aparırlar. Turnirin ikinci günü kişilər 5.5 km, qadın iştirakçılar isə 4.5 km məsafə mübarizə aparacaq. Yarışın ən yaxşıları milli komandaya dəvət olunacaq.