Qusarda turizm əhəmiyyətli avtomobil yolunun əsaslı təmirinə başlanılıb- VİDEO

08 Oktyabr 2018 15:42

Qusar – Əniq – Ləzə avtomobil yolu üçüncü texniki dərəcəyə uyğun inşa edilir. İşlərə 10 gün öncə start verilib. Ötən müddət ərzində 18 kilometrlik hissədə asfalt örtüyü yenilənib. Müasir standartlara cavab verən yol sayəsində Şahdağa gediş-gəliş xeyli asanlaşacaq.

Ümumilikdə yolun eni genişləndirilərək 12 metrə çatdırılıb. Bir qatdan ibarət yeni asfalt örtüyünün eni 6 metr, qalınlığı 7 santimetr təşkil edir. 28 kilometrlik yolun təmiri oktyabrın sonlarında yekunlaşacaq.