Qubalı bağbanın yetişdirdiyi yapon alma növləri 5 dəfə baha satılır- VİDEO

10 Oktyabr 2018 12:13

Qubalı bağban Ramiz Kərimov 13 ilə yaxındır ki, bağında Yaponiyadan gətirilən alma sortları becərir. Dadı yerli almalardan xeyli fərqlənən “Fuci”, “Ramzes” və “Sakuray” kimi yeni növlər qiymətinə görə də 5 qat baha satılır. “Dünyanın ən bahalı alması”nın kiloqramı bu gün ölkəmizdə alıcılara 2 manata təklif olunur.

Qubanın hava şəraitinə tamamilə uyğunlaşan almaya maraq hər il artır. 13 il öncə Qubada yeni növlərə Ramiz Kərimovun bağında rast gəlmək olurdusa, hazırda Yapon almalarını digər bağlarda da görmək mümkündür.

Qubalı bağbanın bu il 1 hektar alma bağından 25 ton məhsul toplayıb.