Çanaq atennalarının “əsiri”nə çevrilən binalar- VİDEO

10 Oktyabr 2018 14:42

İstər paytaxtda, istərsə də bölgələrdə bəzi çoxmənzilli binalar çanaq antenalarının "əsiri"nə çevrilib. Şəhərin gözəlliyini pozan peyk qəbuledicilər küləkli havalarda əsl təhlükə yaradır. İnsanların başına, avtomobillərin üzərinə düşür. Küləkli havalarda bu antennalar ətrafdan keçənlərin kabusuna çevrilir.  Ekspertlər isə problemin həlli yolunu mərkəzləşmiş cihazların quraşdırılmasında görürlər. Regionlarda kabelsiz yayım xidməti göstərən şirkətlər demək olar ki, yoxdur. Əgər bu həllini taparsa, çətinlik də aradan qalxar.