Şimal regionunun yeganə dulusçusu bu sənətin unudulacağından narahatdır- VİDEO

10 Oktyabr 2018 16:14

Nəcəf Qədirov gildən nehrə, küp, bardaq, kuzə, kasa, piti qabları və başqa əşyalar hazırlayır. Əsas xammal hesab olunan gilli torpaq ilkin mərhələdə əzilir, yumşaq hala salınır və yoğurularaq kündəyə çevrilir. Bir  qabın hazırlanması üçün bəzən 15 dəqiqə bəzən də 1 gün vaxt lazımdı. Hazırlanan nümunələr bir gün quruduqdan sonra 1200-1300 dərəcədə bişirilir, bundan sonra istifadəyə tam hazır olur.  Təcrübəli ustanı  dulusçuluq peşəsinə marağın az olması narahat edir. Şimal bölgəsində yeganə dulusçu olduğunu bildirən usta sənətinin gələcəkdə unudulacağından narahatdır.