Şimal regionunda 2 kəndə təbii qaz verilib- VİDEO

10 Oktyabr 2018 16:35

Siyəzənin Qozağacı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16 min 558 metr olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Bununla yanaşı, kənddəki 65 abonent üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Şabranın Sumağa Qazmalar kəndinin qazlaşdırılması üçün  isə ümumi uzunluğu 5265 metr olan  qaz xətləri çəkilib. Bu yaşayış məntəqəsinin 35 abonenti  ilk dəfə “mavi yanacaq”dan istifadə edəcək.

 Bununla da Siyəzəndə mavi yanacaqdan istifadə edən abonentlərin sayı  8 minə çatdırılıb.