“Whatsapp”da uşaq oğurluğu ilə bağlı yayılan xəbərlər doğrudurmu?- VİDEO

11 Oktyabr 2018 16:06

Yəqin ki, bir çoxunuza “Whatsapp”dan uşaqların məktəblərdən oğurlanması ilə bağlı mesajlar gəlib. Son 2-3 gündə bu mesajlar hamını təşvişə salıb. Hətta övladlarını məktəbə göndərməyənlər də var.  Göndərilən səslər arasında oğurlandıqdan sonra azyaşlıların böyrəklərinin çıxardılaraq parklara atıldığı da bildirilir.


Xaçmaz rayon polis şöbəsindən belə faktın qeydə alınmadığını təsdiqlədil. Mütəxəssislər belə səsli mesajlara aldanmamağı tövsiyyə edirlər. 


Psixoloqlar valdeynlərə belə mesajları övladlarının yanında dinləməməyi məsləhət görür. Bu, uşaqlarda qorxu hissi yarada bilər.