Yalama stansiyasında yeni Texniki Xidmət Məntəqəsi istifadəyə verilib- VİDEO

11 Oktyabr 2018 16:20

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus xidmət məntəqəsində fəaliyyət üçün hər cür şərait yaradılıb. Yeni məntəqənin daxilində soyunub-geyinmə, növbətçi, dərs və mətbəx otaqları var. Texniki Xidmət Məntəqəsinin fəaliyyəti respublikaya daxil olan və göndərilən qatarların tərkibində olan vaqonlara texniki baxış keçirməkdən ibarətdir.


1992-ci ildə Yalama Sərhəd Keçid Məntəqəsinin yaradılmasından sonra burada Texniki Xidmət Məntəqəsi binasının tikilməsi zərurəti ortaya çıxıb. Elə həmin il stansiyada Məntəqənin fəaliyyətə başlaması üçün müvəqqəti olaraq örtülü vaqon qoyulub və uzun illər bu cür fəaliyyət göstərib. 2017-ci ildə dəmir yolunda aparılan əsaslı islahatlara uyğun olaraq, Yalama stansiyasında yeni Texniki Xidmət Məntəqəsi binasının inşasına başlanılıb.