Yol polisi məktəblilərlə maarifləndirici görüş keçirib- VİDEO

12 Oktyabr 2018 15:55

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti  alayının II tağımının əməkdaşları tərəfindən təşkil olunan görüşdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri, yollarda nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi ilə bağlı söhbətlər aparılıb. Dövlət yol polisinin əməkdaşları şagirdləri maraqlandıran suallara cavab verib.

Görüşdə bildirilib ki, qəzaların qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsində tək polis əməkdaşları deyil, vətəndaşlar da məsuliyyət daşımalıdır. Yollarda nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üçün hamı çalışmalıdır.

Məktəblərdə maarifləndirici söhbətlər mütəmadi aparılacaq.