Qusar Dövlət Ləzgi Dram Teatrı yeni tamaşasını təqdim edəcək- VİDEO

13 Oktyabr 2018 13:47

İsi Məlikzadənin “Hərənin öz ulduzu” pyesi əsasında hazırlanan tamaşada 35 aktyor yer alacaq.  Səhnə əsəri komediya janrındadır. Tamaşanın quruluşçu rejissoru Laləzar Hüseynova, musiqi tərtibatı Şaiq Qardaşov, quruluşçu rəssamı Marina Mahmudovadır.

Tamaşada hadisələr kənd mədəniyyət klublarının birində baş verir. Klublakı işçilər bacarıq və istedadına görə deyil, qohumluq əlaqələrinə görə işə götürülüb. Festivala hazırlaşan klub kollektivinə yeni müdir təyin olunur və əsas oyunlar bundan sonra başlayır.

Tamaşa oktyabrın 16-sı saat 17:00- da Qusar Mədəniyyət Sarayının səhnəsində nümayiş olunacaq. Səhnə əsərinin bölgənin digər rayonlarında da nümayiş olunması gözlənilir.