Uşaq qidaları körpənin fiziki və əqli inkişafında problem yarada bilər- VİDEO

13 Oktyabr 2018 14:13

Həkimlər bildirir ki, körpələr doğulduğu dəqiqələrdən ana südünə öyrəşdirilməlidir.  Doğuşdan sonrakı ilk günlərdə ana südünün tərkibində körpələrin inkişafı üçün əhəmiyyətli hesab edilən maddələr var.

Bəzən ana südünün həddindən artıq az olması süni qidalardan istifadəni zəruri edir. Lakin bu zaman körplərə verilən qidaların gündəlik həcminə nəzarət olunmalıdır.

Süni qida məhsullarının tibb müəssələrində təbliği, məhsulun reklamının açıq məkanda yerləşdirilməsi qadağandır. Qidaların üzərində məhsulun istifadə təlimatları, yaş məhdudiyyəti, ana südünün üstünlüyü mütləq qeyd olunmalıdır.