Qubada yeni yaradılan laboratoriyada 1 tumurcuqdan 100-dən çox ting alınacaq- VİDEO

15 Oktyabr 2018 16:20

Azərbaycan xaricdən ting idxal etməyəcək. Qubada yeni təmir olunan  Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda mikroklonal adlı yeni üsulla tumurcuqdan laborator şəraitdə  rüşeym götürülür. 1 rüşeyimdən 100-105 ting yetişdirilir. 

Mikroklonal üsulla sağlam pöhrədən rüşeym götürülür. Alınan rüşeymlər steril və xüsusi  mühitdə yetişdirilir. Tinglər 4 ay laborator, 4-6 ay istixana şəraitində qaldıqdan sonra torpağa əkilir. Hazırda institutda 17 müxtəlif ağac növü mikroklonal üsulla becərilir.

Qarşıdakı 3 il ərzində ölkənin tingə tələbatı tam ödəniləcək. Bunun üçün laboratoriyada ildə 5 milyon ting yetişdirilməsi planlaşdırılır.