Xəzər dənizinin səviyyəsi 1 metrədək enib- VİDEO

16 Oktyabr 2018 15:10

Təxminən son 10 ildə Xəzər dənizinin səviyyəsi 1 metrədək enib. 1 metr kiçik rəqəm kimi görünsə də, bu, həm dənizdə, həm də quruda yaşayanlara mənfi təsir edir.  Dənizdə suyun səviyyəsinin azalmasını mütəxəssislər də təsdiqləyirlər.

Baş verən təbii hadisə dənizin flora və faunasına da mənfi təsir göstərir. Səviyyə endikdə dənizin şelf zonasının həcmi azalır.  Prosesin davam etməsi balıqların azalmasına gətirib çıxaracaq. Buna səbəb balıqların yaşadığı yerlə bərabər oksigenin və yem bazasının da daralmasıdır.