Qusarda 3 yeni məktəb binası istifadəyə veriləcək- Video

16 Oktyabr 2018 15:38

Əfqan Mərdanov adına Yeni Həyat kənd ümumi orta məktəbi 25 il öncə istifadəyə verilib. İstismar müddətini başa vuran bina qəzalı olduğundan kənddə yeni, modul tipli təhsil ocağı tikilir. Artıq işlər yekunlaşmaq üzrədir.

Yeni təhsil ocağı 9 sinif otağı, direktor, müəllimlər otağı və kitabxanadan ibarətdir. Məktəb 96 şagird yerlikdir.

Bu il Yeni Həyatla yanaşı Qusarın Ləcət və Zindanmuruqqışlaq kəndlərində də yeni, modul tipli məktəb binası istifadəyə veriləcək. Bu  təhsil ocaqlarında 300-ə yaxın şagird elmin sirlərinə yiyələnəcək.