Meşələrdə kameralar quraşdırılacaq- VİDEO

17 Oktyabr 2018 16:25

Azərbaycanın ərazisindəki meşələrdə  kameralar quraşdırılacaq.  İnkişaf etmiş ölkələrin təcrübəsi Azərbaycanda da sınaqdan keçirilir. Məqsəd ağacların qanunsuz kəsilməsinin qarşısının alınması və yanğın təhlükəsizliyini gücləndirməkdir.

Kameraların quraşdırılması üçün xüsusi yerlər seçiləcək. Müşahidə kameraları vasitəsilə daha çox meşə massivinə nəzarət ediləcək. Kameralar 360 dərəcə ətrafında fırlanaraq vahid mərkəzdən idarə olunacaq.

Meşələrin giriş-çıxışlarında şlagbaunlar da quraşdırılacaq. Artıq 5 rayonda işlər yekunlaşıb. Kameraların quraşdırılmasına isə yaxın vaxtlarda başlanacaq.