Xaçmazda bu ilin 9 ayının yekunları müzakirə olunub- VİDEO

17 Oktyabr 2018 17:21
Yığıncaq iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsini abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Xaçmazda 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncaqda bildirilib ki, bu müddət ərzində 16 kəndində təbii qazın verilməsi təmin edilib. Hazırda 151 yaşayış məntəqəsindən 114-ü mavi yanacaqdan istifadə edir. Xaçmazda 4 modul tipli məktəbin tikilməsi nəzərdə tutulub ki, onlardan da ikisində işlər yekunlaşmaq üzrədir.

Xaçmaz-Niyazabad avtomobil yolunun 1.7 km-lik hissəsinə yeni asfalt örtüyü çəkilib. Hesabat dövrünün ən diqqət çəkən tikinti nümunələrindən biri- Çənlibel istirahət parkında ucaldılan "Ana dili müəllimi" abidə-kompleksinin inşası olub. Dörd metr hündürlüyündəki abidənin ətrafında Azərbaycanın 38 görkəmli yazıçı və şairinin kitablarının qranitdən hazırlanan təsvirləri var. "Şəxsiyyətlər Muzeyi" ərazisində, açıq səma altında dahi şəxsiyyətlərə həsr edilən abidələrin sayı 59-a çatdırılıb.