Qubada yeni turizm marşrutu açılıb- Video

19 Oktyabr 2018 15:39

Qış mövsümündə  Qubaya turistlər daha çox dekabrdan  gəlməyə başlayır. Payız mənzərələrini seyr etməyi sevənlər isə Qəçrəş və zəngin təbiəti ilə seçilən digər istirahət guşələrinə üz tutur.

Turistlər daha çox ucqar və dağlıq kəndlərə üz tutur. Bu qış kənd turizmini seçən qonaqlar üçün Tüləkəran istiqamətində yeni turizm marşurutu hazırlanıb.

Qubada yerləşən otel və digər istirahət məkanlarında  1 nəfər üçün 1 günlük gecələmə 60-1000 manat arasındadır. Qiymətlər  istirahət yerinin məkanı, komfort, qidalanma və digər amillərə görə dəyişir.

Ötən il Qubanı 120 mindən çox turist ziyarət edib. Qonaqlar arasında Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər, Böyük Britaniya və Küveyt kimi ölkələrin vətəndaşları üstünlük təşkil edib.