Şabranda 14 min hektar sahəyə ilk dəfə su veriləcək- VİDEO

20 Oktyabr 2018 14:12

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində minlərlə hektar şoranlıqdan təmizlənib. 2016-cı ildən start verilən layihə çərçivəsində şoran torpaqların yuyulmasına başlanılıb və 14 min hektar ərazidə ilk dəfə  əkin aparılacaq. 18 min hektar ərazidə isə işlər davam etdirilir.  

Layihə çərçivəsində Taxtakörpü su anbarından 15 km uzunluğunda su xətti çəkilib. Ərazini daim suvarma suyu ilə təmin etmək üçün 2-ci böyük anbarın tikintisi davam etdirilir. 

Şoran torpaqların yuyulması prosesi Şabranla yanaşı Siyəzən və Xızıda da davam etdirilir. İşlərin yekunlaşması minlərlə hektar ərazini əkinə yararlı vəziyyətə gətirəcək.