Şabranın 5 məktəbində təmayül siniflər yaradılıb- VİDEO

20 Oktyabr 2018 16:15

2015-2016-cı tədris ilindən məktəblərdə təmayül siniflərin yaradılması  9-cu sinifdən başlayaraq tətbiq olunur. Bu siniflərə qiymətləri yüksək olan şagirdlər imtahan əsasında qəbul olunur  və seçdiyi istiqamət üzrə dərs saatları 2 dəfə  artırılır, əlavə fənlər tədrisdən çıxarılır.  Təmayül siniflər əsasən rayon mərkəzində yerləşən məktəblərdə təşkil yaradılıb.

Şabran şəhər 2 saylı tam orta məktəb 2 istiqamət: texniki  və riyaziyyat-iqtisadiyyat fənnləri üzrə  təmayülləşib. Təmayül istiqamətindən asılı olmayaraq şagirdlərə Azərbaycan dili, xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri keçilir.

Şabran rayon təhsil şöbəsindən bildirdilər ki, kənd məktəblərində təmayülləşmiş siniflərin yaradılmaması ilə bağlı hər hansı qayda yoxdur.  Əsas problem kəndlərdə texniki və pedaqoji baza çatışmazlığı həmçinin şagird sayının az olmasıdır.

Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin seçiminə uyğun təşkil edildiyi üçün təlimə marağı artırır, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir göstərir. Eyni zamanda, təmayülləşmə repetitor xidmətindən istifadənin qarşısını alır.