Xaçmazın xurma bağlarında məhsul yığımına başlanılıb- VİDEO

22 Oktyabr 2018 15:30

Meyvənin bu ilki məhsuldarlığı bağ sahiblərini qane edir. Xaçmazda əksər xurma bağlarında xəstəlik yayılsa da, bağbanların vaxtında apardığı mübarizə zərərvericilərin yayılmasının qarşısını alıb.

Toplanan məhsul əsasən Rusiya bazarlarına göndərilir. Təklif olunan qiymət ötən illə müqayisədə yüksəkdir.

Hazırda Xaçmazda 1168 hektar xurma bağı var. Ötən il bağlardan 7906 ton məhsul yığılıb.