Azərxalçanın Şabran filialında tikinti işləri yekunlaşır- Video

22 Oktyabr 2018 16:26

Binanın istilik və su təhcizatı həmçinin kommunikasiya xətləri qurulub, dam örtüyü vurulub. Hazırda ərazidə abadlıq işləri aparılır, suvaq işləri görülür. Bina xalça emalatxanası, sərgi-satış salonu, rəssam otağı, anbar və digər yardımçı otaqlardan ibarət olacaq.  Tikintinin  ilin sonuna qədər yekunlaşması planlaşdırılır.

Bu mərkəzdə yun və boyaq bitkiləri əhalidən toplanacaq. Həmin məhsullar Sumqayıt Kimya-Sənaye parkında inşa olunan yun əyirici boyaq fabrikində istehsal edildikdən sonra xalça emalatxanalarına ip şəklində təhvil veriləcək.