Şimal regionunda məktəblərin isidilməsi üçün 3 min kub\metrdən çox odun tədarük olunub- VİDEO

23 Oktyabr 2018 16:28

Xaçmazda istilik sistemi olunmayan təshil müəssisələrinin qızdırılmasında odundan istifadə edilir.  Hava şəraitinin mülayim keçməsi yanacaq təminatını vaxtında yerinə yetirməyə imkan verib. Ötən müddət ərzində rayondakı  64 məktəbə odun verilib.  

Xaçmazda 78 məktəbin isidilməsi üçün 600 kub\metr odun ayrılıb. Bu da ötən illə müqayisədə 150 kubmetr çoxdur.

Artıq regionundakı  191 təhsil ocağı üçün odun tədarük olunaraq paylanıb.

Bu mövsüm şimal regionunda 266 məktəbin isidilməsi üçün 3330 kub\metr odun ayrılıb.